Xəbərlər

Borrell: Ukraynada vəziyyət pisləşir

“Ukraynada vəziyyət pisləşməkdə davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünə gələrkən deyib.

“Bu gün Ukraynada və Yaxın Şərqdə hər şey əvvəlki kimidir. Bölgələrdə vəziyyət pisləşir”, – Borrell qeyd edib.

O əlavə edib ki, xarici işlər nazirləri Avropa Sülh Fondu vasitəsilə Kiyevə hərbi yardımın maliyyələşdirilməsinin qarşısının alınmasını, həmçinin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə etməyə davam edəcəklər.