“İran-İsrail gərginliyi fonunda Yaxın Şərqdə regional münaqişə heç kimin marağında deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində söyləyib.
“Aİ-nin İranın İsrailə hava hücumu ilə bağlı regionda gərginliyin artmasının qarşısını almaq üçün siyasi məqsədi var”, – o bildirib.
“İsrailə bildiririk ki, regional qarşıdurmanın olmaması hər kəsin xeyrinədir. Eyni şəkildə, Dəməşqdəki konsulluğa hücumdan sonra bunu iranlılara da söyləmişdik; gərginlik heç kimin, xüsusən də qəzzalıların maraqlarına uyğun deyil”, – Borrell söyləyib.