Böyük Britaniyanın xarici işlər naziri David Lemmi çinli həmkarı Vanq Yi ilə görüşərək, Ukraynadakı münaqişəni müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“London mümkün olan yerdə Pekinlə əməkdaşlıq edəcək, lazım gəldikdə onunla rəqabət aparacaq və həmçinin ona meydan oxuyacaq”, – Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.