Xəbərlər

Böyük Britaniya Fələstin dövlətini tanımaq üçün şərtlərini açıqlayıb

“Böyük Britaniya Qəzzada atəşkəsin əldə olunmasından və HƏMAS-ın bölgədəki mövcudluğunun sona çatmasından sonra iki dövlətli həlli tanıya, Fələstin dövlətini tanıya bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

Kemeron Fələstinin daimi özünüidarəsinin regionda uzunmüddətli sülh və möhkəmlik üçün vacib olduğunu qeyd edib.

“7 oktyabrın məsulları hələ də Qəzzaya nəzarəti davam etdirərkən iki dövlətli həll əldə edilə bilməz”, – Kemeron qeyd edib.

O, ölkəsinin Livan–İsrail sərhədindəki gərginliyi azaltmaq üçün bir plan təklif edəcəyini, söz mövzusu planın İngiltərənin Livan ordusuna daha çox sərhəd çevikliyi fəaliyyətləri ilə məşğul olması üçün təlim keçməsi olacağını ifadə edib.

Qeyd edək ki, Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrinin İsrail–Fələstin probleminin iki dövlətli həllinə artan dəstəyi İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən sərt etirazlarla qarşılanıb.