Britaniyanın Baş naziri Key Starmer Dublinə səfəri zamanı İrlandiya Respublikası ilə münasibətlərin yenidən qurulmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News” məlumat yayıb.
“London” Brexit”dən sonra bütün tərəflər ilə diplomatik və ticarət əlaqələrini yaxşılaşdırmağa çalışır. Çünki “Brexit” qərarı krallığın icmanın bir çox üzvləri ilə münasibətlərinə mənfi təsir edib. Britaniya-İrlandiya münasibətlərindəki böhran xüsusilə kəskin hal alıb, çünki yeni ticarət və gömrük qaydaları Şimali İrlandiya sakinlərinin vəziyyətinə mənfi təsir göstərib. İrlandiya Avropa İttifaqının üzvü olsa da, Böyük Britaniyanın bir hissəsidir”, – Starmer bildirib.
“Bu gün ikitərəfli münasibətlərimizdə əsaslı dəyişiklik olub. “Brexit” müzakirələrinin bitməsi ilə dostluq münasibətləri yenidən fikir ayrılıqlarını əvəz edir”, – öz növbəsində İrlandiya hökumətinin başçısı Saymon Harris deyib.