“Livandakı vəziyyət son dərəcə narahatedicidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Britaniya Xarici İşlər Nazirliyinin (XİN) İnkişaf üzrə Dövlət Katibi Annelise Dodds deyib.
Məlumatda BMT-nin Uşaq Fondunun (UNICEF) bölgədə humanitar yardım səylərini dəstəkləmək üçün Livana 5 milyon funt sterlinq göndərəcəyi bildirilib.