Britaniya Xarici İşlər Nazirliyi (XİN) sabah Livandakı Britaniya vətəndaşlarının təxliyyəsinə başlanılacağını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Livandan təxliyə ediləcək Britaniya vətəndaşları üçün kommersiya məqsədli sərnişin təyyarəsinin icarəyə götürüldüyü bildirilib.
Təyyarəyə Böyük Britaniya vətəndaşları, onların həyat yoldaşları, 18 yaşından kiçik uşaqlarının qəbul ediləcəyi və uçuşun sabah Beyrutdakı Rafik Həriri hava limanından həyata keçiriləcəyi bildirilib.