Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı apardığını və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Bu, Yaxın Şərqdə sabitlik üçün kritik məqamdır. Livanın Baş naziri Nəcib Mikati və mən bütün tərəflərin dərhal gərginliyi azaltmasının vacibliyini yenidən müzakirə etdik. Heç bir gecikmə ola bilməz, döyüşlər indi dayandırılmalıdır”, – Lemmi qeyd edib.