Xəbərlər

Böyük Britaniyada Yeni baş nazir təyin olunub

Britaniya Leyboristlər Partiyasının lideri Keir Starmer kral III Çarlzdan hökumət qurmaq mandatı alaraq ölkənin Baş naziri vəzifəsinə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə kralın mətbuat xidməti məlumat yayıb.

61 yaşlı Starmer Baş nazir kimi xalqa müraciət etmək üçün Dauninq-stritə gedəcək. Baş nazir kimi Starmerin sələfi kimi Sunak 25 oktyabr 2022-ci ildən bu günə qədər hökumətə rəhbərlik edib.