Xəbərlər

Böyük Britaniyanın Müdafiə Qərargahı rəisi Çinə səfər edib

Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi admiral Toni Radakin Pekində səfərdə olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, “X” səhifəsində bildirib.

“Çərşənbə günü mən Pekində Mərkəzi Hərbi Komissiyanın Birgə Qərargah rəisi general Liu Zenli ilə görüşdüm və bir sıra təhlükəsizlik məsələləri üzrə danışıqlar apardım. Biz qeyri-sabit dünyada qlobal maraqları olan məsuliyyətli dövlətlər kimi rolumuzun olduğu fikrini təsdiq etməklə bərabər hərbi kommunikasiyaların əhəmiyyətini müzakirə etdik”, – admiral qeyd edib.