Xəbərlər

Braziliya: İslahatlar aparılmasa, BMT fəaliyyət göstərə bilməyəcək

“BMT Təhlükəsizlik Şurasında hər bir qitəni təmsil edən ölkələri daxil etmək üçün islahatlar aparmadan öz funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilməz”.

“Füyuzat”ın məlumatına görə, bunu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransı zamanı deyib.

“Biz geosiyasətdə yeni konfiqurasiyanın və bütün qitələrin BMT-də, o cümlədən təşkilatın Təhlükəsizlik Şurasında təmsil olunmasının tərəfdarıyıq”, – Braziliya lideri qeyd edib.