Xəbərlər

Braziliya prezidenti Yaponiyaya səfər edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silva martın 24-dən 27-dək Yaponiyada dövlət səfərində olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, səfər zamanı Braziliya prezidentinin Yaponiya imperatoru Naruhito ilə görüşü, həmçinin Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə danışıqlar və şam yeməyi nəzərdə tutulub.