Braziliya Prezidenti Luis İnasiu Lula da Silva oktyabrın 20-də yıxılıb və baş nahiyəsindən xəsarət alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Braziliya liderinin zədəsinin ciddi olduğu, beyin qanaxması keçirdiyi və qanaxma nəticəsində onun səhətinin yaxın günlərdə pisləşə biləcəyi bildirilib.
Qeyd edilib ki, həkimlər ölkə rəhbərinə bir neçə gün uzun uçuşlardan çəkinməyi tövsiyə edib, ona görə də dövlət başçısı oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitinə səfərini ləğv edib və konfransda videokonfrans vasitəsilə iştirak edəcək.