Xəbərlər

Braziliya: Türkiyənin BRİCS-ə daxil olması faydalı olacaq

“Braziliya Türkiyənin BRİCS-ə daxil olmasını dəstəkləyir, çünki bu, təşkilata Yaxın Şərqdə münaqişələrin həllinə daha çox töhfə verməyə və beynəlxalq münasibətlərdə çoxqütblülüyün gücləndirilməsinə imkan verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim deyib.

“Yaxın Şərqdəki münaqişələrə yaxın və sülh axtarışında mühüm oyunçu olan Türkiyə kimi ölkələrin BRİCS-ə daxil olması, şübhəsiz ki, faydalı olacaq. BRİCS-in səyləri dünyada sülhə nail olmaq üçün strateji əhəmiyyətə malik olmalıdır”, – Amorim bildirib.