Xəbərlər

Braziliyada daşqın nəticəsində 84 nəfər ölüb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda 84 nəfər həyatını itirib. 111 nəfər isə itkin düşüb. Ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

“Füyuzat”ın məlumatına görə, bu barədə ştatın Mülki Müdafiəsi açıqlama yayıb.

Açıqlamada silahlı qüvvələrin də dəstəklədiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Bu günə qədər 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

840 mindən çox insan daşqından mənfi təsirlənib, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Yerli medianın məlumatına görə, bir milyondan çox insan əsas ehtiyaclara çıxışda ciddi çətinliklərlə üzləşib, 98 şəhərdə elektrik və internet xidmətləri tamamilə sıradan çıxıb.