Xəbərlər

Braziliyada daşqınlar 170-ə yaxın insanın həyatına son qoyub

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş vermiş daşqınlar nəticəsində 169-a yaxın braziliyalı ölüb.

“Füyuzat.az”ın məlumata görə, bu barədə Braziliyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 806 nəfər xəsarət alıb, 56 nəfər isə itkin düşüb.

Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, daşqınlar 581 mindən çox insanı evlərini tərk etməyə məcbur edib, yağışlar və qasırğalar isə bölgədə 2,3 milyondan çox insana zərər verib.