Xəbərlər

BRİCS yeni üzvlər qəbul etməyəcək

Kazan sammitində BRİCS iştirakçılarının dövlət başçıları hələlik assosiasiyaya yeni üzvləri qəbul etməmək, bəzi ölkələrə assosiasiyaya tərəfdaş statusu vermək qərarına gəliblər.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“BRİCS-in dövlət başçıları Kazanda keçirilən toplantıda 30-35 ölkənin assosiasiyaya qoşulmaq xahişinə cavab olaraq qərara gəliblər ki, hazırda qrupa yeni üzvlər qəbul edilməyəcək”, – Əraqçi bildirib.