Xəbərlər

Britaniya, ABŞ, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək

Böyük Britaniya, Almaniya, ABŞ və Fransa liderləri arasında oktyabrın 12-də Berlində Ukraynaya hərbi yardım üzrə təmas qrupunun görüşündən əvvəl danışıqlar baş tutacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya hökuməti məlumat verib.

“Böyük Britaniyanın Baş naziri Keir Starmer, Almaniya kansleri Olaf Şolts, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq. Əsas diqqət Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətə yönələcək”, – məlumatda bildirilib.