“Britaniya Donald Trampın yenidən prezident seçilməsindən sonra ilk dəfə olaraq ABŞ-ın Yəmənə endirdiyi zərbələrə qoşulub”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
“Krallığın hərbi-hava qüvvələri çərşənbə axşamı paytaxt Səna ətrafında Husilərin nəzarətində olan hədəflərə hücum edib.
Kral Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri Yəməndə Husilərin hərbi obyektlərini vurub. Biz bu zərbələri ABŞ-ın dəstəyi ilə Husilərin qabiliyyətini aşağı salmaq, Qırmızı dənizdə və Ədən körfəzində növbəti hücumların qarşısını almaq üçün həyata keçirmişik. Hərəkatın hərəkətləri Qırmızı dənizdə daşımaların 55% azalmasına və çox milyard dollarlıq ziyana səbəb oldu”, – məlumatda bildirilib.



