Xəbərlər

Britaniya Avstraliya ilə 50 illik müqavilə imzalayacaq

“Böyük Britaniya Avstraliya ilə AUKUS çərçivəsində təhlükəsizlik tərəfdaşlığını 50 illik müqavilə imzalayaraq dərinləşdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya hökumətinin bəyənatında qeyd olunub.

“Yeni 50 illik AUKUS müqaviləsi Böyük Britaniya və Avstraliyanın sualtı proqramlarını, həmçinin hər iki ölkədə on minlərlə işi dəstəkləyəcək, onların sənaye potensialını gücləndirəcək, Böyük Britaniyanı və müttəfiqlərimizi qoruyan sualtı qayıqların tədarükünü təmin edəcək”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, müqavilənin iyulun 25-də Böyük Britaniyanın müdafiə naziri Con Healey və xarici işlər naziri Devid Lemminin Avstraliyaya səfəri zamanı imzalanacağı gözlənilir.