Xəbərlər

Britaniya İsrail və Hizbullahı döyüşləri dayandırmağa çağırıb

Britaniya İsrail və Hizbullahı hərbi əməliyyatları dayandırmağa və bölgədə atəşkəs yaratmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi “Reuters” agentliyinə deyib.

“Mən hər iki tərəfi dərhal atəşkəsə çağırıram”, – Devid Lemmi vurğulayıb.