Xəbərlər

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını Qırğızıstan şirkətləri də daxil olmaqla səkkiz maddə ilə genişləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə qərar Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Aktivlərin dondurulmasını nəzərdə tutan məhdudiyyətlər “Grinex”, “Tengricoin”, “Old Vector” və “Capital Bank of Central Asia MMC”yə, onun direktoru Kantemir Çalbayev, eləcə də iş adamı Janışbek Ulu Nazarbekə təsir edib. Bundan başqa, Lüksemburqun “Altair Holding” şirkətinə də məhdudiyyətlər qoyulub.