Böyük Britaniya şahzadəsi Harri Kiyevə gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Guardian” yazıb.
Məqalədə deyilir: “Şahzadə Harri Ukrayna hökumətindən dəvət aldıqdan sonra Kiyevə gözlənilməz səfər edib”.
Şahzadənin “yaralı hərbçilərin sağalmasını asanlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyini” dediyi bildirilir. Ukrayna paytaxtına səfəri zamanı o, komandası ilə qurbanların reabilitasiyası üçün yeni təşəbbüsləri ətraflı müzakirə etməyi planlaşdırır.



