“Böyük Britaniya qeyri-qanuni miqrasiyanın təşkili ilə mübarizə üçün Şimali Makedoniya və Serbiya ilə müqavilələr imzalayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Budapeştə səfəri öncəsi yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, sazişlər qeyri-qanuni miqrantların Böyük Britaniyaya getməsini təşkil edən cinayətkar dəstələrin qarşısını almaq üçün kəşfiyyat məlumatlarının mübadiləsini və əməkdaşlığın artırılmasını nəzərdə tutur.
Verilən məlumata görə, keçən il təxminən 100 000 miqrant Qərbi Balkanlardan Böyük Britaniya və ya Avropa İttifaqı (Aİ) ölkələrinə gedərkən tranzit kimi istifadə edib.