Xəbərlər

Britaniya sualtı qayıqlarını modernləşdirəcək

Böyük Britaniyanın Leyboristlər hökuməti növbəti onillik ərzində strateji nüvə sualtı qayıqlarını modernləşdirmək planlarına sadiq olduqlarını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili mətbuatın suallarını cavablandırıb.

“İyulun 4-də parlament seçkilərindən sonra hakimiyyətə gələn Leyboristlər Partiyası “Vanguard” sinifli nüvə sualtı qayıqlarının yeni “Dreadnought” sinifli sualtı qayıqlarla əvəzlənməsi proqramını məhdudlaşdırmaq niyyətində deyil”, – nazir qeyd edib.