Böyük Britaniya hökuməti martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Ukrayna üçün ədalətli və davamlı sülhə ehtiyac olduğunu qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya hökumətinin sözçüsü bildirib.
Qeyd edilib ki, Britaniya hökuməti Putinlə söhbətindən sonra “Prezident Trampın atəşkəs istiqamətində əldə etdiyi irəliləyişi” alqışlayır.
Onun sözlərinə görə, London eyni zamanda təkid edir ki, gələcək danışıqlar “Ukrayna üçün ədalətli və davamlı sülhə” gətirib çıxarmalıdır.