Xəbərlər

Britaniya Ukraynaya daha 650 raket verəcək

Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 çoxməqsədli “Martlet” raketi verəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Martlet” raketlərinin yeni partiyasının 2024-cü ilin sonuna qədər Londondan Kiyevə daşınacağı gözlənilir.