Böyük Britaniyanın Baş naziri Keir Starmer və Livanın Baş naziri Nəcib Mikati İsraillə dərhal atəşkəsi dəstəkləyiblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Keir Starmerin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində livanlı həmkarı ilə görüşündən sonra yayılan bəyanatda bildirilib.
“Keir Starmer əvvəlcə son həftələrdə baş verən insan itkisi ilə bağlı Baş nazir Mikatiyə başsağlığı verdi. Onlar Livanda artan münaqişəni müzakirə etdilər və dərhal atəşkəs və razılaşdırılmış həllin vacibliyi barədə razılığa gəldilər”, – məlumatda bildirilib.