“Çin Silahlı Qüvvələrinin Tayvan boğazında keçirdiyi təlimlər bölgədə gərginliyi artırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Biz Çinin Tayvan adası ətrafında gərginliyi və Tayvan boğazında təhlükəli eskalasiya riskini artıran hərbi təlimlərindən narahatıq. İnanırıq ki, Tayvan məsələsi Tayvan boğazının hər iki tərəfindəki insanlar tərəfindən konstruktiv dialoq yolu ilə güc təhdidləri və məcburiyyət olmadan həll edilməlidir. Biz status-kvonu dəyişdirmək üçün hər hansı birtərəfli cəhdləri dəstəkləmirik, bütün tərəfləri təmkinli olmağa çağırırıq”, – məlumatda bildirilib.