Xəbərlər

Britaniyanın Baş naziri İran Prezidenti ilə danışıb

İngiltərənin Baş naziri Keir Starmer ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Baş nazir regiondakı vəziyyətdən dərin narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi azaltmağa, regional qarşıdurmadan qaçınmağa çağırıb. O, müharibənin heç kimin maraqlarına uyğun olmadığını vurğulayıb.