ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə gəliblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.
Bundan əlavə, Litva prezidenti Gitanas Nauseda, Latviyanın Baş naziri Evika Silina, Çexiya Senatının sədri Miloş Vıştsil və Moldova parlamentinin sədri İqor Qrosu Ukrayna paytaxtına gəliblər.