Türkiyənin Xarici işlər naziri Hakan Fidan Brüsseldə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Hakan Fidan Avropa İttifaqı xarici işlər nazirlərinin Gymnich adlı qeyri-rəsmi toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedib. Burada o, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesini müzakirə edəcək, həmçinin Gömrük İttifaqının yenilənməsi və viza məsələsini də gündəmə gətirəcək.