Xəbərlər

Bu ay səmada iki möhtəşəm meteor yağışı görünəcək.

Draconids və Orionids meteor yağışları oktyabr ayında müşahidə ediləcək. İşıq çirkliliyindən uzaq, qaranlıq bir nöqtədən baxaraq bu ecazkar təbiət hadisəsinə şahid olmaq mükündür.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” nəşri məlumat yayıb.

Oktyabrın 6-dan 10-dək Şimal yarımkürəsinin sakinləri, xüsusən də Draconids meteor yağışını müşahidə edə biləcəklər. Pik nöqtənin oktyabrın 8-i saat 21:00-da olacağı gözlənilir.