Alimlərin hesablamalarına görə, bu gün indiyə qədər qeydə alınan ən qısa günlərdən biri ola bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Space.com” məlumat yayıb.
Verilən məlumata görə, alimlər avqustun 5-ni günəşin hesablanmış 86 400 saniyəlik müddətdən 1,25 millisaniyə qısa olacağını hesablayıblar.
Elm adamları bu fərqin səbəbini hələ aça bilməsələr də, bu gün həm 2025-ci ildə, həm də 1973-cü ildən bəri qeydə alınan ən qısa günlərdən biri kimi proqnozlaşdırılır.
Bu fərq hiss olunmasa da, Yerin fırlanma sürətindəki artımın davam edəcəyi təqdirdə bu müddətin 2029-cu ildə və sonrasında 1 saniyə və ya daha çox arta biləcəyi ifadə edilir.
Qeyd edək ki, ən qısa gün rekordu 2024-cü il iyulun 5-də olub ki, bu da adi bir gündən 1,66 millisaniyə qısa olub.



