Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin bəyanatına istinadən məlumat yayıb.
“Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır”, – Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Çadlılar üzrə dövlət naziri Abderamane Koulamalla açıqlayıb.