Xəbərlər

ÇAD: Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər

ÇAD Fransa prezidenti Emmanuel Makronun Afrika liderlərinin guya Fransanın Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə təşəkkür etməyi unutduqları ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ÇAD-ın xarici işlər naziri Abderaman Koulamallah açıqlamasında bildirib.

“Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər. Afrika xalqlarının İkinci Dünya Müharibəsində Fransaya verdiyi fədakarlıqlar heç vaxt layiqincə qiymətləndirilməyib”, – nazir əlavə edib.