“Dünya Ukraynadakı münaqişənin həllini gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar “The Hindustan Times” qəzetinin təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Almaniya kansleri Olaf Şoltsun münaqişə başlayandan bəri ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə danışmasına diqqət çəkib:
“Beləliklə, siz dünyanın hansı istiqamətə doğru getdiyini görə bilərsiniz. Düşünürəm ki, dünya müəyyən mənada tükənib. Mən demək istəyirəm ki, təkcə əsas tərəflər deyil, hər kəs bu münaqişə üçün böyük bədəl ödəyib”, – Caişankar vurğulayıb.