Xəbərlər

CBS: Si Cinpin Trampın andiçmə mərasiminə dəvəti qəbul etməyib

“Çin prezidenti Si Cinpinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməsi gözlənilmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CBS” telekanalı məlumat yayıb.

“Si Cinpinin gələn ay Vaşinqtona Trampın andiçmə mərasiminə qonaq kimi gələcəyi gözlənilmir. Tədbirdə Çinin ABŞ-dakı səfiri ilə yanaşı, digər Çin rəsmilərinin də iştirak edəcəyi gözlənilir”, – məlumatda qeyd olunub.

Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə Vaşinqtonda keçiriləcək.