Xəbərlər

Cenevrədə Kipr üzrə sammit açılır

Bazar ertəsi Cenevrədə BMT-nin himayəsi altında və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Kipr nizamlanmasına dair ikigünlük sammit başlayır.

“Füyuzat”ın məlumatına görə, forumun məqsədi 2017-ci ildə yarımçıq qalmış ada probleminin həlli üçün Kiprin rum və türk tərəflərini danışıqlar prosesini bərpa etməyə təşviq etməkdir.

Qeyd edilib ki, forum genişləndirilmiş “beş üstəgəl bir” formatında keçiriləcək və bu formatda təkcə Kipr yunan və türk icmalarının liderləri deyil, adanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin nümayəndələrinin, eləcə də BMT rəhbərliyinin iştirakı nəzərdə tutulub.