Ədəbiyyat

Cəngə gedərkən

“Balkan müharibələri münasibətilə yazılan bu şeir milli kimliyə, milli qürura, milli varlığa, milli qurtuluşa çağırış səsi idi. Bu yeni bir məfkurənin – türkçülük məfkurəsinin elanı idi. Qüruru hissi ilə demək lazımdır ki, bu yeni məfkurənin banisi “səssiz-səmirsiz inqilabçı, orkestral ruh, dahi şəxsiyyət, bütün türk dünyasının mücahidi…” Əli bəy Hüseynzadə olmuşdur”.
Allahşükür Qurbanov

Mən bir Türkəm, dinim, cinsim uludur,
Sinəm, sözüm atəş ilə doludur.
İnsan oğlu Vətəninin quludur,
Türk övladı evdə durmaz, gedərəm!

Yaradanın Kitabını qaldırtmam,
Osmancığın bayrağını aldırtmam,
Düşmanımı Vətənimə saldırtmam
Tanrı evi viran olmaz, gedərəm!

Bu torpaqlar əcdadımın ocağı,
Evim, köyüm həp bu yerin bucağı
İştə Vətən! İştə Tanrı qucağı!
Ata yurdun övlad bulmaz, gedərəm!

Tanrım şahid, duracağam sözümdə,
Millətimin sevgiləri özümdə,
Vətənimdən başqa şey yox gözümdə,
Yar yatağın düşman almaz, gedərəm!

Ağ köynəklə göz yaşımı silərəm,
Qara daşla bıçağımı bilərəm,
Vətənimçün ucalıqlar dilərəm,
Bu dünyada kimsə qalmaz, gedərəm!

Mehmet Əmin Yurdaqul