Yəmənin Husilər hərəkatının nəzarətində olan hissəsində gəmi əleyhinə raketlər üçün iki buraxılış qurğusu məhv edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin Husilərin nəzarətində olan bölgəsində iki gəmi əleyhinə qanadlı raket buraxılış məntəqəsini uğurla məhv edib”, – komandanlığın “X” səhifəsində dərc olunmuş bəyanatında deyilir.
Qeyd edilir ki, buraxılış qurğuları ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırdı.