Son 10 ildə Cənubi Afrika sahillərində təxminən 62 000 Afrika pinqvininin aclıqdan öldüyü məlum olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” məlumat yayıb.
Yeni bir elmi araşdırma iqlim dəyişikliyinin intensiv balıqçılıq fəaliyyəti ilə birlikdə cəmi səkkiz il ərzində pinqvinlərin sayının təxminən 95% azaldığını göstərir.
Exeter Universitetinin təbiəti mühafizə bioloqu Riçard Şerley bu azalmanın Cənubi Afrika ilə məhdudlaşmadığını qeyd edərək Afrika pinqvinlərinin son 30 ildə qlobal miqyasda təxminən 80% azaldığını bildirib.



