Xəbərlər

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın raket buraxılışını pisləyib

Koreya Respublikası, ABŞ və Yaponiyanın yüksək rütbəli rəsmiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxılışını pisləyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 12-də yerli vaxtla saat 07:10-da (Bakı vaxtı ilə sentyabrın 13-ü, saat 00:10) KXDR Pxenyan ərazisindən Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raketlər buraxıb və bu raketlər təxminən 360 km uçub.