Koreya Respublikası, ABŞ və Yaponiya Silahlı Qüvvələri Amerikanın B-52H strateji bombardmançı təyyarəsinin iştirakı ilə aviasiya təlimləri keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Manevrlər Cənubi Koreyanın Ceju adasının cənubunda baş tutub. Təlimin səbəbi strateji bombardmançı təyyarənin yerləşdirilməsi olub.