Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Han Deok Su ABŞ-ın yeni 25% əlavə rüsum tariflərinin Cənubi Koreya ixracatçılarına təsirini müzakirə etmək üçün təcili iclas keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
“Qlobal tarif müharibəsi reallığa çevrilib, vəziyyət çox ciddidir. Ticarət böhranını aradan qaldırmaq üçün hökumətin bütün potensialını və resurslarını səfərbər etməliyik. Avtomobillər də daxil olmaqla, ABŞ-ın tariflərinin təsirinə məruz qalacaq sənaye və şirkətlərə hökumət dəstəyi tədbirləri dərhal təmin edilməlidir”, – mətbuat xidmətindən bildirilib.