Xəbərlər

Cənubi Koreya hərbi təlimlər keçirib

Koreya Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığının bir dəstəsi Sarı dəniz sahillərində təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimlər iyulun 22-də başlayıb və Seuldan 123 km cənub-qərbdə, Çunçonqnam-do əyalətinin Anmyeondo adası yaxınlığında keçirilib.