Xəbərlər

Cənubi Koreya lideri iyunun 11-13-də Qazaxıstana dövlət səfəri edəcək

Koreya Respublikasının Prezidenti Yun Sok Yol iyunun 11-13-də Qazaxıstanda dövlət səfərində olacaq və bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq.

“Füyuzat”ın məlumtına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Koreya Respublikasının Prezidenti Yun Sok Yol Kasım-Jomart Tokayevin dəvəti ilə 2024-cü il iyunun 11-13-də Qazaxıstana dövlət səfəri edəcək. İki ölkənin prezidentləri danışıqlar aparacaq və Qazaxıstan-Koreya biznes forumunda iştirak edəcəklər”, – məlumatda deyilir.

Koreya Respublikası liderinin Qazaxıstana səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.