Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdə baş verən son hadisələrdən sonra Livan və İsraildəki Koreya vətəndaşlarını təhlükəsizlik baxımından ən qısa zamanda bu ölkələri tərk etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
“Biz Livan və İsraildə olan Cənubi Koreya vətəndaşlarına mövcud reyslərdən istifadə edərək mümkün qədər tez bu ölkələri tərk etmələrini tövsiyə edirik”, – Cənubi Koreya xarici işlər nazirinin müavini Kanq İn-sun bildirib.
İsraildə təxminən 350, Livanda isə 130 Cənubi Koreya vətəndaşının olduğu vurğulanıb.