Xəbərlər

Cənubi Koreya nüvə silahı yaratmaqdan qorxur

Cənubi Koreya ABŞ-la müttəfiqliyi poza biləcəyi üçün nüvə silahı yaratmaqdan qorxduğunu və çəkindiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Koreya müdafiə naziri Sin Vonsik söyləyib.

“Nüvə silahını yaratsaq, bu, Birləşmiş Ştatlarla əlaqələrdə böyük çətinlik yaradacaq, əgər nüvə silahının yayılmaması haqqında sazişdən imtina etsək, bunun nəticələri olacaq. Məsələn, maliyyə bazarında dərhal müxtəlif mənfi nəticələrə gətirib çıxaracaq”, – nazir qeyd edib.