“Cənubi Koreya ordusu dekabrın 19-da şərti düşmənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün təlimlər keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Dekabrın 19-da günortadan sonra Silahlı Qüvvələr Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında Şimali Koreya dronlarının sızmasına cavab vermək vərdişlərini təkmilləşdirmək məqsədi ilə dördüncü təlimini keçirəcək”, – məlumatda bildirilib.